Günümüzdə mobil cihazlardan istifadə hər keçən gün artmaqdadır. Günlük həyatımızın olmasa-olmazlarından biri olan mobil cihazlar, bir çox sahədə, həyatımızı asanlaşdırır. Bu isə eyni zamanda mobil tətbiqlərə olan ehtiyacı daha da artırır və bizneslərin xidmətlərini mobil tətbiqlər vasitəsilə təqdim etməsini zəruri hala gətirir. Mobil tətbiqlər vasitəsilə müştərilərinizlə birbaşa ünsiyyəti təmin etmiş olursunuz ki, bu da müştəri məmnuniyyətinin əldə edilməsində vacib faktorlardan biridir. GlobalSoft olaraq sizə sadə dizaynı və istifadə rahatlığı ilə fərqlənən, müxtəlif əməliyyat sistemlərinə uyğun olan mobil tətbiqlərin hazırlanmasını təklif edirik.Globalsoft sizə bir sıra hazır proqramlar təklif edir. Onlardan biri yükdaşıma şirkətləri üçün hazırlanmış və daşınmaların həyata keçirilməsi üçün nəzərdə tutulan idarəetmə proqramlarıdır. Bu proqram vasitəsilə idarəetməni daha asanlıqla həyata keçirmək mümkündür.