Rəqəmsal Marketinqdə “Lead Generation” dijital platformalarda potensial müştərilərin müəyyən edilməsi, cəlb edilməsi, və sonda real müştəriyə çevrilməsi prosesinə deyilir. Lead nədir? “Lead” sizin biznesinizə və ya təkliflərinizə maraq göstərmiş potensial müştərilərdir. Lead toplanması prosesində müxtəlif növ strategiyalardan istifadə edilərək potensial müştərilərin email adresləri, mobil nömrələri, və digər əlaqə vasitələri əldə edilir. Globalsoft olaraq müştərilərimizə “Lead Generation” xidmətləri təklif edərkən məqsədimiz ucuz və effektiv yollarla biznes və ya servisinizlə maraqlanan potensial müştəri bazası yaratmaqdır.
Bu xidmətdən faydalanmaq sizlərə nə vəd edir?
1)Satış və müraciətlərdə artım
2)Müştəri məmnuniyyəti
3)Müştəri loyallığı
4)Yatırımın ölçülə və izlənə bilinir olması
5)Daimi müştəri bazası